AccessBank vakansiya: İnsan Resursları üzrə Biznes Tərəfdaş/Aparıcı.
AccessBank, İnsan Resursları üzrə Biznes Tərəfdaş/Aparıcı vəzifəsi üçün müraciət qəbul edir. "İnsan Resursları" ilə bağlı geniş bacarıqlara sahib olan namizədlər üçün ideal iş mühiti təqdim edir. İşə qəbul və təlim sahəsində minimum 3 il iş təcrübəsi olan namizədlər müraciət edə bilərlər.
Vəzifələr
- Bankın partnyorluq etdiyi strukturların təlim ehtiyaclarının müəyyən edilməsi;
- Kurasiya etdiyi strukturlar üçün təlim və inkişaf proqramlarının hazırlanması və tətbiqinin təmin edilməsi;
- Təlim planı üzrə nəzərdə tutulmuş təlimlərin təşkil edilməsi;
- Kurasiya etdiyi strukturların vakansiyaları üzrə imtahan və müsahibə mərhələlərinin keçirilməsi;
- Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesində iştirak edilməsi;
- Yeni əməkdaşın sınaq müddətinin izlənilməsi, sınaq müddəti rəylərinin toplanılması, tərəflər ilə kommunikasiyanın aparılması;
- Kurasiyası üzrə bankdaxili yerdəyişmələrlə bağlı görüşlərin təşkil edilməsi və keçirilməsi;
- Yerli əmək bazar şərtlərinin araşdırılması;
- İşə qəbul və təlim hesabatlarının hazırlanması.
Tələblər
- Ali təhsil;
- İşə qəbul və təlim sahəsində minimum 3 il iş təcrübəsi;
- Namizədlərin axtarış sistemlərindən istifadə, proqram təminatı və namizəd məlumat bazaları ilə işləmə bacarığı;
- Yüksək kommunikasiya bacarığı, effektiv danışıqlar, işgüzar əlaqələri qura bilmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili - sərbəst, yüksək səviyyədə Rus və İngilis dil biliyi.
Vakansiya haqqında
- Son tarix: Noyabr 6, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
İnsan Resursları üzrə Biznes Tərəfdaş/Aparıcı vakansiyası ilə maraqlananlar CV-lərini AccessBanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 6 noyabr 2024 il.
What's Your Reaction?