Azərpambıq vakansiya: GPS operatoru axtarılır.
"Azərpambıq ASK" MMC, Ağcabədi rayon Hacıbədəlli kəndində GPS operatoru vakansiyası axtarır. Kənd təsərrüfatı sahəsində peşəkar mühitdə çalışmaq istəyənlər üçün əla fürsət.
![Azərpambıq vakansiya: GPS operatoru axtarılır.](https://vakansiya.org/uploads/images/202409/image_870x_66deb0321884b.webp)
Vəzifələr:
- Cəmiyyətdə tətbiq edilən bütün əsasnamələr, prosedur və qaydalar ilə ona aid edilmiş vəzifələri icra edir.
- Traktorların, kombaynların və digər texnikaların gündəlik işlərinin ölçülməsini və hərəkətinə nəzarəti həyata keçirir.
- Traktorların, kombaynların və digər texnikaların fermerlərlə bağlanmış müqavilələrinə əsasən müəyyən olunmuş sahələrdə aqrotexniki xidmətlərin göstərilməsinə nəzarət edir. Xam pambığın daşınması zamanı daşınma texnikalarının hərəkətinə nəzarət edir.
- Kənd təsərrüfatı texnikalarının hərəkətlərində, iş həcmlərində, kənar sahələrdə müxtəlif xidmətlərin göstərilməsi və digər kənarlaşma faktlarının aşkar edildiyi halda "Azərpambıq ASK" MMC-nin funksional tabeçiliyi olan strukturuna və filial rəhbərliyinə dərhal məlumat verir.
- Fermerlərin pambıq sahələrində aqrotexniki xidmətlərin göstərilməsinə dair tərtib edilmiş müvafiq sənədlərini yoxlayır.
- Fermerlərin sahələrdən yığılan xam pambığın filiala təhvil verilməsinə və müvafiq sənədləşdirilməsinə nəzarət işlərini həyata keçirir.
- "Azərpambıq ASK" MMC-nin funksional tabeçiliyi olan strukturunun digər tapşırıqlarını yerinə yetirir.
Tələblər:
- GPS və GNSS qəbulediciləri haqqında məlumatlı olmaq;
- Geodeziya, xəritəçilik, aqrar və ya İT sahəsində ali təhsil;
- MS Office bilikləri (MS Excel əla səviyyədə).
GPS operatoru vakansiyası ilə maraqlananlar CV-lərini Azərpambıqa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 noyabr 2024 il.
What's Your Reaction?
![like](https://vakansiya.org/assets/img/reactions/like.png)
![dislike](https://vakansiya.org/assets/img/reactions/dislike.png)
![love](https://vakansiya.org/assets/img/reactions/love.png)
![funny](https://vakansiya.org/assets/img/reactions/funny.png)
![angry](https://vakansiya.org/assets/img/reactions/angry.png)
![sad](https://vakansiya.org/assets/img/reactions/sad.png)
![wow](https://vakansiya.org/assets/img/reactions/wow.png)