Azərbaycan Hava Yolları vakansiya: Satınalmalar İdarəsi/Ümumi satınalmalar üzrə mütəxəssis.
"Azərbaycan Hava Yolları" QSC, ümumi satınalmalar üzrə mütəxəssis vakansiyasını elan edir. Ali təhsilli, Azərbaycan və İngilis dillərini səlis bilən, MS Office proqramlarına hakim olan, danışıqlar aparmaq bacarığına malik mütəxəssislər üçün ideal iş imkanıdır.
Təsvir:
- Ümumi satınalmalar, tikinti və təmir əsaslı sifarişlərin qəbul edilməsi və müvafiq qaydada icrası.
- Şirkətin satınalma qaydaları çərçivəsində məlumat sorğusu, tender sorğusu üzrə tələblərin formalaşdırılması.
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması.
- Satınalma və müqavilə şərtlərinin potensial təchizatçı ilə razılaşdırılması.
- Sifariş edilmiş mal-material və xidmətlərin keyfiyyətli şəkildə çatdırılmasına nəzarət edilməsi, yaranmış çatışmazlıqların aradan qaldırılması.
- Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması.
- Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi.
Tələblər:
- Təhsil: Ali təhsil.
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – səlis.
- Kompüter bilikləri: MS Office.
- Ünsiyyət bacarıqları (yazılı, şifahi).
- Danışıqların aparılması bacarığı.
- Qərar vermə bacarığı.
- Problemi həll etmə bacarığı.
- Təqdimat bacarığı.
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı.
- Komandada işləmə bacarığı.
Satınalmalar İdarəsi/Ümumi satınalmalar üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 5 oktyabr 2024 il.
What's Your Reaction?