AccessBank vakansiya: Mikro və İstehlak Kreditlər üzrə Kiçik Hüquqşünas

AccessBank-da Mikro və İstehlak Kreditlər üzrə Kiçik Hüquqşünas vakansiyası üçün müraciət edin. Ali hüquq təhsili və 6 ay hüquqi təcrübəyə malik şəxslər axtarılır. Məlumatların təhlili, məsuliyyətlilik və komandada işləmək bacarığı önəmlidir.

Oct 8, 2024 - 13:57
Oct 8, 2024 - 14:01
 0
AccessBank vakansiya: Mikro və İstehlak Kreditlər üzrə Kiçik Hüquqşünas
AccessBank vakansiya: Mikro və İstehlak Kreditlər üzrə Kiçik Hüquqşünas

Vakansiya Təsviri

Vəzifə: Mikro və İstehlak Kreditlər üzrə Kiçik Hüquqşünas
Şirkət: AccessBank
Ünvan: 3 Tbilisi prospekti, Bakı, Azərbaycan
İş növü: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Bankın məhkəmə icraatında olan işləri (problemli kreditlər üzrə) ilə bağlı məhkəmə və əlaqəli dövlət orqanları ilə ünsiyyətdə olmaq;
  • Mikro və istehlak kreditləri üzrə ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə instansiyalarında təşkilatın maraqlarını təmsil etmək;
  • İddia ərizələrinin, məhkəmə aktlarından şikayətlərin vaxtında hazırlanması;
  • İcraatında olan işlərin tam nəzərə alınması, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək;
  • Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək;
  • Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları müvafiq bazaya daxil etmək;
  • Zəruri əmək şəraitinin və kollektivdə müsbət mənəvi-psixoloji iqlimin yaradılmasına kömək etmək; əmək intizamına riayət etmək;
  • Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirri rejiminə riayət etmək;
  • Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankı təmsil etmək;
  • “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının (çirkli pulların yuyulmasının) və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” qanuna və AccessBank-ın daxili siyasətinə riayət etmək;
  • Şöbə Rəhbəri tərəfindən verilən əmək funksiyaları çərçivəsində iş üçün zəruri olan tapşırıqları icra etmək.

Tələblər:

  • Ali hüquq təhsili;
  • Həmin sahədə minimum 6 ay təcrübə;
  • Azərbaycan dilini mükəmməl, ingilis dili arzuolunandır;
  • Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
  • Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Komandada işləmək bacarığı və istəyi.

https://jobs.glorri.az/vacancies/accessbank/accessbank-mikro-ve-istehlak-kreditler-uzre-kicik-huquqsunas/apply müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow