PMD Group vakansiya: Aparıcı mexanika mühəndisi.

PMD Group MMC, Bakıdakı Port Baku Towers-da aparıcı mexanika mühəndisi axtarır. Tikinti sahəsində azı 5 illik təcrübəyə malik mütəxəssislər üçün ideal imkanlar təqdim olunur.

Oct 8, 2024 - 13:54
Oct 8, 2024 - 13:56
 0
PMD Group vakansiya: Aparıcı mexanika mühəndisi.

Vakansiya Təsviri

Vəzifə: Aparıcı mexanika mühəndisi
Şirkət: PMD Group MMC
İş yeri: Port Baku Towers, Bakı, Azərbaycan
İş şəraiti: Tam ştat
Son müraciət tarixi: Noyabr 29, 2024
Kateqoriya: Tikinti və Daşınmaz əmlak

Təsvir:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək.
  • Layihələndirmədə mexanik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək.
  • Layihələndirmədə mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək.
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək.
  • Layihənin tender prosesinə texniki dəstək vermək, mexanik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək.
  • İstehsalatın mexanik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək.
  • Layihələndirmədə mexanika üzrə sənədlərin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.
  • Layihələndirmə müddətlərinin mexanik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq.

Tələblər:

  • Mexanika sahəsi üzrə ali təhsil.
  • Müvafiq sahə üzrə sifarişçi olaraq azı 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi.
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, ASHRAE, SMACNA, NFPA.
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı.
  • Kompüter bilikləri: MS Office, AutoCAD.
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.

https://jobs.glorri.az/vacancies/pmdgroup/pmdgroup-aparici-mexanika-muhendisi/apply müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow