AccessBank vakansiya: Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi/Kiçik Mütəxəssis/Mütəxəssis (Mərdəkan).
AccessBank Mərdəkan filialında Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi/Kiçik Mütəxəssis/Mütəxəssis vakansiyası. Maliyyə sahəsində karyera qurmaq istəyənlər üçün mükəmməl fürsət!
Vəzifə Öhdəlikləri
- Bankın kredit məhsullarının şərtlərini bilmək və onları potensial müştərilərə izah etmək;
- Birbaşa əlaqə yaratmaqla yeni müştəriləri cəlb etmək;
- Digər Bank məhsullarından xəbərdar olmaq və onları öz potensial müştərilərinə tövsiyyə etmək;
- Bankın kreditləşdirmə prosedurunda tapşırılmış bütün əməliyyatları həyata keçirtmək (kredit ərizəsi, girovun qiymətləndirilməsi, biznesin maliyyə təhlili və s.);
- Monitorinq aparmaq və portfelin keyfiyyətinə nəzarət etmək;
- Bankın seminarlarında fəal iştirak etmək;
- Filialda Mikro və Aqro Müştərilər üzrə Menecer və Filial Müdiri tərəfindən qoyulan bütün tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Komandada işləmə bacarığı;
- Yüksək ünsiyyət qurma bacarığı.
Vakansiya haqqında
- Son tarix: Noyabr 12, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi/Kiçik Mütəxəssis/Mütəxəssis (Mərdəkan) vakansiyası ilə maraqlananlar CV-lərini AccessBanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 noyabr 2024 il.
What's Your Reaction?