Unibank vakansiya: VİP pərakəndə xidmətlər üzrə departamentin Eksperti.

Unibank Kommersiya Bankı VİP Pərakəndə Xidmətlər üzrə Departamentin Eksperti axtarır. Ali təhsilli, bank sektorunda 3 illik təcrübəyə malik olan şəxslər müraciət edə bilər.

Oct 4, 2024 - 13:35
Oct 4, 2024 - 13:41
 0
Unibank vakansiya: VİP pərakəndə xidmətlər üzrə departamentin Eksperti.
Unibank vakansiya: VİP pərakəndə xidmətlər üzrə departamentin Eksperti.

İş Təsviri:

  • VİP müştərilərə hər növ bank xidməti göstərmək.
  • VİP müştərilərə xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflərin hazırlanması və Departament Rəhbərinə təqdim edilməsi.
  • VİP müştərilərlə müntəzəm görüşlərin aparılması və təşkil edilməsi.
  • VİP müştərilərin cəlb olunması üçün müxtəlif bank məhsulları və xidmətləri ilə bağlı prezentasiyalar hazırlanması.
  • Fərdi bank xidmətləri bölməsinin və investisiya məhsul/xidmətləri üzrə məsləhətlərin verilməsi.
  • Bankın VİP müştəriləri haqqında məlumat bazasının aparılmasına nəzarət edilməsi.
  • VİP müştərilərə lazımi məsləhətlərin verilməsi üçün bank xidmətləri bazarının və iqtisadi tendensiyaların təhlil edilməsi.
  • VİP müştərilərə xidmət göstərmək üçün bank tariflərinin hazırlanmasında iştirak edilməsi.
  • VİP müştəri hesablarının monitorinqinə nəzarət edilməsi.
  • VİP müştərilər haqqında analitik məlumatların hazırlanması.
  • VİP müştərilərin tələblərinin yerinə yetirilməsi üçün şöbənin beynəlxalq və yerli tərəfdaşları ilə daimi əlaqədə olunması.
  • VİP müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi üçün bölmənin tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində təkliflərin hazırlanması və Departament Rəhbərinə təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (iqtisadi təhsil arzu olunandır).
  • Bank sektorunda müştərilərlə ən azı 3 illik iş təcrübəsi.
  • Bank işi və iqtisadi nəzəriyyə bilikləri.
  • Bütün növ bank xidmətlərini bilmək.
  • Bank işi, müasir iqtisadi və maliyyə nəzəriyyəsi barədə məlumatlı olmaq.
  • Maliyyə bazarı alətləri barədə məlumatlı olmaq.
  • Bankdaxili qayda və təlimatları, Mərkəzi Bankın təlimatlarını bilmək.
  • Müştərilərlə iş təcrübəsi və ünsiyyət qurma bacarığı.
  • Kollektivlə ünsiyyət qurma bacarığı.
  • Problemlərin həllinə analitik yanaşma qabiliyyəti.
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmə və işi yerinə yetirmə bacarığı.
  • Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel, PowerPoint, Outlook Express və s.).
  • Azərbaycan dili - ana dili; İngilis dili - sərbəst danışıq və yazışma.

Vakansiya Haqqında:

  • Son tarix: Noyabr 12, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

VİP pərakəndə xidmətlər üzrə departamentin Eksperti vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow