İSCO PARTS vakansiya: Rəqəmsal marketinq mütexessisi axtarılır.

Rəqəmsal marketinq mütəxəssisi vakansiyası Bakı şəhərində avtomobil ehtiyat hissələri sahəsində marketinq kampaniyalarının hazırlanması və sosial media fəaliyyətlərinin idarə edilməsi üçün açıqdır.

Sep 19, 2024 - 13:11
Sep 19, 2024 - 13:13
 0
İSCO PARTS vakansiya: Rəqəmsal marketinq mütexessisi axtarılır.
İSCO PARTS vakansiya: Rəqəmsal marketinq mütexessisi axtarılır.

İş barədə məlumat:

  • Avtomobil ehtiyat hissələri sahəsi üzrə marketinq kampaniyalarının hazırlanması və yeni ideya və təkliflərin hazırlanması
  • Aylıq post planının tərtib edilməsi, kontentin (mətn, foto, video) çəkilməsi, hazırlanması və paylaşılmasının həyata keçirilməsi
  • Google Analytics, Meta Suite və digər alətlərdən istifadə edərək sosial media kampaniyalarının performansının izlənməsi və təhlil edilməsi
  • Meta, Google və TikTok kimi platformalarda ödənişli sosial media reklamlarının planlaşdırılması, həyata keçirilməsi və idarə edilməsi
  • Google Ads reklamları vasitəsilə Youtube və müxtəlif yerli saytlarda reklamların həyata keçirilməsi
  • Sosial şəbəkələrdən gələn müraciətlərin cavablandırılması və lazım olduqda şöbələrə yönləndirilməsi
  • Yerli elan saytında səhifəmiz üçün elanların hazırlanması və paylaşılması
  • İş qrafiki: 09:00-dan 19:00-dək (5 iş günü)
  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə ediləcək
  • Maaş başlanğıc üçündür və artandır

Namizədə tələblər:

  • Ali təhsil və ya uyğun sahələr üzrə sertifikat
  • Adobe Premier, Adobe Photoshop, Adobe Illustrator, InDesign proqramları üzrə yüksək səviyyədə biliklər
  • Reklam alətlərindən (Google Ads, Meta Ads) düzgün istifadə etmək bacarığı
  • Rəqəmsal və lokal marketinq sahəsində təcrübə
  • Avtomobil ehtiyat hissələri mağazaları ilə öncədən əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir
  • Yaş həddi: 22-40
  • Səlis və aydın nitq qabiliyyəti

Əlaqə: Uyğun namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Zəhmət olmasa, bütün tələblərə cavab verən namizədlər intervyu üçün müraciət etsinlər. Son müraciyət tarixi 16 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow