İTV vakansiya: Rejissor assistenti axtarılır.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Abbas Mirzə Şərifzadə küçəsində Rejissor Assistenti vakansiyası elan edir. Tam ştatlı bu vəzifəyə 1 il iş təcrübəsi və Adobe Premier və ya Edius proqramlarına bələd olan namizədlər dəvət olunur.

Sep 9, 2024 - 13:37
Sep 9, 2024 - 13:42
 0
İTV vakansiya: Rejissor assistenti axtarılır.
İTV vakansiya: Rejissor assistenti axtarılır.

Vəzifə Təsviri:

Rejissor assistenti olaraq, siz efirə verilişlərin vaxtında və qüsursuz çıxmasında iştirak edəcəksiniz. Video sujetlərin hazırlanmasına texniki dəstək verəcək, buraxılışın idarə edilməsində və studiya verilişlərinin hazırlığında fəal rol oynayacaqsınız. Eyni zamanda, montaj prosesində də iştirak etməyiniz gözlənilir.

Tələblər:

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Adobe Premier və ya Edius proqramlarının baza bilikləri;
  • Televiziya proqramlarının bədii ideya səviyyəsinə qoyulan tələbləri müəyyən edən sərəncam, əmr və digər rəhbər sənədləri bilmək;
  • Televiziya verilişlərinin yaradılması texnologiyası və yaradıcılıq prosesinə bələd olmaq;
  • Televiziya studiyasının texniki vasitələri haqqında məlumatlı olmaq;
  • Komanda ilə işləmə bacarığı, çevik və tez reaksiya vermə qabiliyyəti, təşkilatçılıq bacarıqları.

Vakansiya haqqında:

  • Son müraciət tarixi: Sentyabr 21, 2024
  • Paylaşıldı: Sentyabr 9, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr

 Rejissor assistenti vakansiyası ilə maraqlananlar CV-lərini İTV-yə göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 21 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow