AQA Şirkətlər Qrupu vakansiya: Müştəri koordinatoru axtarılır.

AQA Şirkətlər Qrupu Caspian Plaza üzrə "Müştəri koordinatoru" vakansiyasını elan edir. Ali təhsil, satış sahəsində 1-2 il stajı olan namizədlər müraciət edə bilər. Əmək haqqı 660+bonus AZN. Müraciət üçün son tarix: Noyabr 29, 2024.

Nov 4, 2024 - 12:32
Nov 4, 2024 - 12:34
 0
AQA Şirkətlər Qrupu vakansiya: Müştəri koordinatoru axtarılır.
AQA Şirkətlər Qrupu vakansiya: Müştəri koordinatoru axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması.
  • Müştərilərdən daxil olan məlumatların operativ şəkildə cavablandırılması və rəhbərliyin diqqətinə çatdırılması.
  • Müştəri ilə görüşlərin və təqdimatların keçirilməsi.
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi.
  • Müştəri debitor borcları ilə bağlı hesabatların hazırlanması.
  • Satış analizlərinin aparılması.
  • Müştərilərlə bağlanacaq müqavilələrin hazırlanmasını təmin edilməsi.
  • Müştərilərdən gələn bütün növ müraciətlərin həll olunması üçün müvafiq addımların atılması.

Tələblər:

  • Ali təhsil.
  • Satış sahəsində 1-2 il iş stajı.
  • Bacarıqlar: Aktiv satış bacarığı, şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı, dəqiqlik və diqqətlilik, məsuliyyətlilik.
  • Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilmək; İngilis dili, rus dili (üstünlükdür).
  • Kompüter bilikləri: Excel (yaxşı səviyyədə).
  • Üstünlüklər: Xanım namizədlər, CRM bilikləri, Marketing sahəsi üzrə biliklər.

Əlavə Məlumat:

  • İş saatları: Həftə içi 5 gün, 09:00-18:00.
  • İstirahət günləri: Şənbə və bazar.
  • Əmək haqqı: 660+bonus AZN.
  • Son müraciət tarixi: Noyabr 29, 2024.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow