Azərbaycan Dəmir Yolları vakansiya: Elektrik mexaniki (Qaradağ rayonu/H.Z.Tağıyev/Lökbatan qəsəbələri üzrə).
Elektrik mexaniki vakansiyası, elektrik enerjisinin fasiləsiz təminatını və təhlükəsizliyini təmin etmək üçün mükəmməl bir fürsətdir. Mütəxəssislərin işini asanlaşdırır. Müraciət edin və bizimlə çalışın!
Vəzifə Öhdəlikləri:
- Dartı yarımstansiyadan qidalanan bütün istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatına nəzarət etmək.
- Növbətçiliyi elektrikləşdirilmiş dəmir yollarının dartı yarımstansiyalarının təlimatına əsasən aparmaq.
- Təmir personalı üçün iş yerini hazırlamaq və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
- Müəyyən edilmiş formalar üzrə operativ uçot və hesabat aparmaq.
- Enerji dispetçeri ilə daima əlaqə saxlamaq.
- Dartı yarımstansiyalarda avadanlıqların normal iş rejimindən kənarlaşmaları barədə enerji dispetçerinə məlumat vermək.
- Sxemdəki bütün dəyişikliklərlə bağlı çevirmələri enerji dispetçerinin əmri ilə operativ jurnalda qeyd etməklə aparmaq.
- Növbə zamanı bir dəfədən az olmayaraq dartı yarımstansiyanın bütün avadanlıqlarının xarici yoxlanışını həyata keçirmək.
- Hər bir hadisə zamanı dərhal enerji dispetçerinə məlumat vermək.
- Xüsusi sərfiyyat transformatorundan istifadə olunan elektrik enerjisinə israfçılıq etməmək.
- Mütəmadi olaraq enerji dispetçeri ilə əlaqə saxlayıb yarımstansiyanın ərazisinə baxış keçirmək.
- Qısa qapanmadan açılan açarları enerji dispetçerinin əmri olmadan qoşmamaq.
- Dartı yarımstansiyanı tərk etməmək.
- Növbəli iş rejimi.
Tələblər:
- Təhsil: orta ixtisas (müvafiq sahə üzrə);
- İş təcrübəsi: müvafiq sahə üzrə 1 il;
- Dartı yarımstansiyanın enerji təchizatı;
- Avadanlıqların mühafizəsinə, təyinatına və parametrlərinə dair biliklər;
- Dartı yarımstansiyada avadanlıqların quruluşunu və bir xətli sxeminə, avtomatikanın sxeminə dair biliklər.
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Elektrik mexaniki (Qaradağ rayonu/H.Z.Tağıyev/Lökbatan qəsəbələri üzrə)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 2 oktyabr 2024.
What's Your Reaction?