AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (Gəncə filialı).
AQA Şirkətlər Qrupu Gəncə filialında "Satış məsləhətçisi" vakansiyası elan edir. Müştəri xidməti və satış sahəsində karyera qurmaq istəyənlər üçün əla imkanlar təqdim olunur.
Vəzifə öhdəlikləri:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
- Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Qoyulmuş satış hədəflərinə çatmaq;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək.
Tələblər:
- Ali və ya orta təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
- Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı;
- Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı.
Əlavə məlumat:
- İş qrafiki: 6 günlük (növbəli)
- Son müraciət tarixi: Oktyabr 20, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Satış və müştəri xidmətləri
Satış məsləhətçisi (Gəncə filialı) vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 oktyabr 2024 il.
What's Your Reaction?