AQA Şirkətlər Qrupu vakansiya: Satış üzrə mütəxəssis axtarılır.

AQA Şirkətlər Qrupu "Digitale Agency" vasitəsilə Bakı şəhərində "Satış üzrə mütəxəssis" vakansiyası təqdim edir. Əgər siz rəqəmsal marketinq, podcast çəkilişləri və qrafik dizayn sahələrində fəaliyyət göstərən bir şirkətdə satış mütəxəssisi olmaq istəyirsinizsə, bu elan sizin üçün ideal fürsətdir.

Sep 16, 2024 - 15:12
Sep 16, 2024 - 15:14
 0
AQA Şirkətlər Qrupu vakansiya:  Satış üzrə mütəxəssis axtarılır.
AQA Şirkətlər Qrupu vakansiya: Satış üzrə mütəxəssis axtarılır.

Vəzifə öhdəlikləri:

  • Agentliyin biznes strategiyalarını aydın şəkildə başa düşmək, hədəfləri təyin etmək və bu məqsədlərə çatmaq üçün fəaliyyət planlarını hazırlamaq.
  • Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək.
  • Yeni bazarları, biznes imkanlarını müəyyənləşdirmək və satışları artırmaq.
  • Satış fəaliyyət planlarını həyata keçirmək.
  • Agentlik üçün əsas satış potensialını hədəfləmək.
  • Gələcək çəkilişləri təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələr qurmaq.
  • Müştərilər üçün satış təkliflərini hazırlamaq.
  • Agentliyin üstünlüklərini və imkanlarını izah etmək üçün şirkətlərin nümayəndələri ilə görüşlər keçirmək.
  • Analitik bazar təhlili apara bilmək.

İş şəraiti:

  • 5 günlük iş qrafiki.
  • İş saatları: 10:00-19:00 (Şənvə və bazar qeyri-iş günü).

Tələblər:

  • Səlist nitq qabiliyyəti.
  • Peşəkar, işgüzar görünüş və təqdimat bacarığı.
  • Azərbaycan və İngilis dilində səlist yazı və fikirlərini ifadə etmə bacarığı, müxtəlif satış ideyaların təklif edilməsi.
  • Marketing bilikləri.
  • Məsuliyyətli və diqqətli olmaq.
  • Deadlineları vaxtında çatdırmaq.
  • Komanda ilə işləmə bacarığı.
  • MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı.
  • İşinə qarşı diqqətli və məsuliyyətli olmalı.
  • Mehriban, səmimi olmalı.

Satış üzrə mütəxəssis  vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna  göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 26 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow