Azərsun Holding vakansiya: İnsan resursları üzrə mütəxəssis ( Nobel Food ).
Nobel Food İndustry MMC, insan resursları üzrə mütəxəssis vakansiyası üçün namizədlər axtarır. Ali təhsil, iş təcrübəsi və Microsoft Excel bilikləri olan şəxslər müraciət edə bilərlər. Ətraflı məlumat üçün CV göndərin.
İnsan Resursları üzrə Mütəxəssis
Müəssisə: Nobel Food İndustry MMC
Namizədə aid tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
- Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı
- Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir
- Məsuliyyətlilik və hesabatlılıq
- Analitik düşünmə və qərarvermə qabiliyyəti
- Ünsiyyətcil və kollektivdə işləmə bacarığı
İş Qrafiki:
- Həftə içi 5 gün, 09:00-18:00
İş Yeri:
- Binə Qəsəbəsi
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması və digər kadr proseslərinin yerinə yetirilməsi
- İşçilərin şəxsi işlərinin aparılması və formalaşdırılması
- Kadrların ixtisasının artırılması və mükafatlandırılması
- Kadr axınının öyrənilməsi və aradan qaldırılması üçün tədbirlərin hazırlanması
- Məzuniyyətlərin verilməsinin uçotunu aparmaq
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və təqdim edilməsi
Müraciət: Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərin. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Nobel Food)” qeyd etməyiniz xahiş olunur.
What's Your Reaction?