AQA Şirkətlər Qrupu vakansiya: Xəzinədar axtarılır.
"AQA Şirkətlər Qrupu"nun DeFacto brendinə aid 28 May filialında "Xəzinədar" vakansiyası açılıb. İş müştəri xidmətləri və maliyyə əməliyyatlarının idarə olunması ilə bağlıdır.
Xəzinədar - AQA Şirkətlər Qrupu
İş Yeri: 28 May, Bakı, Azərbaycan
İş Şəraiti: Tam ştat
Son Müraciət Tarixi: 30 Oktyabr, 2024
Əmək Haqqı: 500+ (bonus) AZN
Vəzifə Öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağdsız və nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
- Kassanın mövcud vəziyyəti haqqında günlük, aylıq və illik hesabatları rəhbərliyə təqdim etmək;
- Ödəniş terminalında gün sonu X-Z əməliyyatlarının aparılması.
Tələblər:
- Maliyyə və mühasibat sahəsində natamam ali təhsil (ali təhsil arzuolunandır);
- Müvafiq sahə üzrə iş təcrübəsi mütləqdir;
- Azərbaycan dilini səlis bilmək, rus dili arzuolunandır;
- Kompüter bilikləri (MS Office-də işləmə bacarığı, Nebim proqramı ilə işləmə bacarığının olmasına üstünlük verilir);
- Ünsiyyət qurma bacarığı;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmaq.
Xəzinədar vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?