Yelobank vakansiya: (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik əməliyyatçı-kassir.
Yelo Bank, Bakı filiallarında Kassa xidmətləri üzrə kiçik əməliyyatçı-kassir, əməliyyatçı-kassir və böyük əməliyyatçı-kassir vakansiyalarına işçi axtarır. Əgər siz ali təhsil və 3 illik təcrübəyə sahibsinizsə, Yelo Bankda kassa xidmətləri üzrə iş təcrübənizi inkişaf etdirə bilərsiniz.
Əsas Vəzifələr:
- Kassa xidmətləri üzrə iş proseslərinin icrası və izlənməsi.
- Pul saxlancının əməliyyat gününün əvvəlində açılması və günün sonunda bağlanmasında digər məsul şəxslərlə birlikdə iştirak etmək.
- Kassa qrupunun işçilərinə rəhbərlik etmək, iş həcmini təhlil etmək və iş bölgüsünü aparmaq.
- Müştərilərə xidmət göstərilməsini təmin etmək və əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxil və məxaricini təsdiq etmək.
- Kassada olan pulun, digər qiymətlilərin və sənədlərin mühafizəsinin düzgün şəkildə təşkil edilməsini təmin etmək.
- Valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək.
- Gün sonu nağd pulun və qiymətlilərin faktiki qalığının yoxlanması və kassa hesabatlarının hazırlanması.
- Kassa dövriyyə kitabını faktiki nağd vəsait və qiymətlilərlə üzləşdirib düzgün yazılmasını icra etmək.
Tələblər:
- Ali təhsil.
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
Əlavə Məlumat:
- Vakansiya növü: Tam ştat.
- Son müraciət tarixi: Dekabr 24, 2024.
- Vakansiya haqqında: Yelo Bank tərəfindən 28 noyabr 2024-cü ildə paylaşılmışdır.
Elektron poçtunuzun “mövzu” yerinə “(Bakı filialları) Kassa xidmətləri üzrə kiçik əməliyyatçı-kassir” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 24 dekabr 2025 il.
What's Your Reaction?