Landau School vakansiya: Xaricdə təhsil departamenti rəhbəri.
LANDAU School xaricdə təhsil departamentinin rəhbərliyinə mütəxəssis axtarır. Tam ştat iş, beynəlxalq imtahanlar, təqaüd proqramları və digər müraciət prosesləri ilə bağlı məsuliyyət daşıyan lider axtarılır.
Təsvir:
LANDAU School xaricdə təhsil departamentinə rəhbərlik etmək məqsədilə yüksək ixtisaslı və təcrübəli bir mütəxəssis axtarır. Xaricdə təhsil departamenti rəhbəri tələbələrin universitetlərə və yataqxanalara müraciətlərini və sənədləşmə proseslərini koordinasiya etməkdən məsuldur. Təqaüd proqramları, təhsil haqqı, transfer, yataqxanalar, viza prosesi müraciətlərini və ödəniş proseslərini təşkil etməlidir. Ayrıca, beynəlxalq imtahanlara qeydiyyatın həyata keçirilməsi, xarici universitetlər ilə partnyorluq əlaqələrinin genişləndirilməsi və xaricdə təhsil ilə bağlı yeniliklərin tətbiqi də bu rolun tərkib hissəsidir. Departamentin büdcəsini təyin etmək və nəzarət etmək, partnyorlarla mütamadi görüşlər təşkil etmək və təhsil sərgiləri ilə seminarlar barədə araşdırma aparmaq da işin vacib hissələrindəndir.
Tələblər:
- Ali təhsil
- Azərbaycan dili – ana dili, Rus və ya İngilis dilindən birini həm yazılı, həm də şifahi sərbəst bilmək
- Arzu olunan təcrübə
- Rəhbər vəzifəsində 2 ildən çox təcrübə
- Aktiv, məsuliyyətli, stressə davamlı, dəqiq və ünsiyyətcil olmaq
- Kompüter bilikləri: MS Office proqramları
- Təşkilatçılıq qabiliyyəti
- Zamanın idarə olunması və operativlik
Təqdim etdiyimiz İş Şərtləri:
- Ofisdə individual iş yeri
- Stabil, gecikməyən əmək haqqı
- Mütəmadi təlimlər
- İş qrafiki: 6 günlük iş rejimi (I-V günlər 10:00 - 18:00, şənbə günləri 9:00 - 14:00)
- Əmək haqqı razılaşdırma ilə təyin edilir
Xaricdə təhsil departamenti rəhbəri vakansiyası ilə maraqlananlar CV-lərini Landau School-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 21 oktyabr 2024 il.
What's Your Reaction?