Araz market vakansiya: Vergi uçotu üzrə mühasib axtarılır.
Bakı şəhərində “Vergi uçotu üzrə mühasib” vakansiyası. Tam iş günü, peşəkar biliklər tələb olunur. Müraciət üçün CV göndərin.
Vakansiya Elanı: Vergi Uçotu üzrə Mühasib
Şəhər: Bakı
Məşğulluq növü: Tam iş günü
Maaş: -
Son müraciət tarixi: 23 Oktyabr
Ünvan: 8 Noyabr
Öhdəliklər:
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək;
- Daxili müştərək şirkətlərdən və kənar kontragentlərdən üzləşmə hərəkətlərinin yoxlanması;
- Vergi siyasətinə uyğunluğun təmin edilməsi.
Tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklər;
- ACCA və IFRS üzrə biliklərin olması arzuolunandır;
- E-gov.az, e-taxes.gov.az, stat.gov.az platformalarında işləmək bacarığı;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- SAP bilikləri üstünlükdür.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Vergi uçotu üzrə mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
What's Your Reaction?