WorldTelecom vakansiya: Kredit mütəxəssisi axtarılır.
Kredit mütəxəssisi vakansiyası. Bakı şəhərində 400 AZN əmək haqqı ilə kredit sahəsində çalışmaq imkanı. 22-30 yaş arasında, analitik düşüncə qabiliyyətinə malik namizədləri dəvət edirik. CV-lərinizi göndərin!
İş barədə məlumat
- Kredit sifarişlərin qəbul olunması.
- Müştərilərə kredit məhsulları barədə ətraflı məlumatların verilməsi.
- Kreditlərin rəsmiləşdirilməsi.
- Kredit müddəti bitənədək müştərilərlə əlaqədə olmaq və onları nəzarətdə saxlamaq.
- Müdiriyyət tərəfindən verilən tapşırıqları operativ şəkildə yerinə yetirmək.
- Əmək haqqı: 400 AZN + bonus.
- İş saatı: 10:00-dan 19:00-dək.
- İş vaxtı: həftənin 6 günü.
- İstirahət günü: bir gün.
Namizədə tələblər
- Yaş həddi: 22 - 30 yaş.
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır).
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı.
- Komandada işləmək bacarığı.
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti.
- Riyazi hesablama aparmaq qabiliyyəti.
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
- Kreditləşmə, problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1 il iş stajının olması.
Yalnız şəkilli CV-lərinizi hr@w-t.az e-mail ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində “Kredit mütəxəssisi” qeyd olunmalıdır.
What's Your Reaction?