Araz market vakansiya: Xəzinə Əməliyyatları üzrə Aparıcı Mütəxəssis.
Araz Supermarketlər şəbəkəsi Bakı şəhərində “Xəzinə Əməliyyatları üzrə Aparıcı Mütəxəssis” vakansiyası elan edir. Ali təhsilli, analitik düşünmə bacarığına malik mütəxəssisləri gözləyirik.
Öhdəliklər:
- Aralıq bankların gündəlik qalığına nəzarət, fərqlərin araşdırılması və həllinin təmin edilməsi, həftəlik olaraq üst rəhbəri məlumatlandırmaq;
- Bank xidməti haqları, konvertasiya əməliyyatları, pos terminal xidmət haqları üzrə həftəlik yoxlama aparmaq;
- Gündəlik bank hesabından çıxan vəsaitlərin sistem üzrə yaradılan ödəmə tələblərinə uyğun icrasını yoxlamaq;
- Kassa və bank qalıqlarının Sap üzrə həftəlik düzgünlüyünü yoxlamaq;
- Kredit və qarantiyaların sənədləşməsini təmin etmək;
- Bank əməliyyatları ilə bağlı digər şöbələrə operativ məlumat təqdim etmək;
- Nəğdsiz satışlardan hesaba mədaxil olunmayanların əməliyyat bazlı yoxlanışını həyata keçirmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə);
- Araşdırma, analitik düşünmə və kollektivlə işləmə bacarığı;
- Əlaqəli sahə üzrə minimum 1 ildən artıq təcrübə;
- Yaxşı səviyyədə MS Office (Word, Excel, Outlook) və Tiger, SAP bilikləri;
- Bank əməliyyatlarından anlayışlı olmaq;
- Diqqətli, məsuliyyətli və stress altında işləmə bacarığı.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Müraciət etmək istəyənlər, CV-lərini “Xəzinə Əməliyyatları üzrə Aparıcı mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müraciətlərinizi 04 Noyabr tarixinə qədər təqdim etməyinizi xahiş edirik.
What's Your Reaction?