ATB Bank vakansiya: Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində Satış üzrə Menecer.
ATB Bank, Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın Təşkili Bölməsində Satış üzrə Menecer axtarır.
Vəzifə Öhdəlikləri:
- KOB seqmentinə aid yeni müştərilərin cəlb edilməsi işini təşkil etmək, müxtəlif növ biznes nümayəndələri ilə görüşlər keçirmək;
- Kiçik və orta biznes kreditləri üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin etmək məqsədilə tabeçiliyində olan satış üzrə əməkdaşlara istiqamət vermək;
- Bankın yeni məhsul və xidmətləri barədə mövcud KOB müştərilərini tabeçiliyində olan satış üzrə əməkdaşlar vasitəsi ilə məlumatlandırmaq;
- Satış hədəflərinə nail olmaq üçün əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak etmək;
- KOB seqmentinə aid müştərilərin təhlil edilməsi üçün əməkdaşların hazırlanmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
- Müvafiq sahədə ən az 5 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Ünsiyyət qurmaq və idarəetmə bacarığı.
Vakansiya Haqqında:
- Son tarix: Noyabr 16, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Satış və müştəri xidmətləri
Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində Satış üzrə Menecer vakansiyası ilə maraqlananlar CV-lərini ATB Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 16 noyabr 2024 il.
What's Your Reaction?