Xalq Bank vakansiya: İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi.
Xalq Bankında İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsində mütəxəssis vakansiyası! Əmək qanunvericiliyi, işçi təcrübəsi və kadrlar üzrə geniş biliklərə sahib olan namizədlər üçün ideal fürsət.
Təsvir
- Azərbaycan Respublikası qanunvericiliyi tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, azad olması, başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədləşdirmə işləri;
- Məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və əmək müqavilələrinin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
- Əmək müqavilələrinin xitam verilməsi və müvafiq qaydada elektron hökumət portalında işlənməsi;
- İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı tədbirlərin rəsmiləşdirilməsi və monitorinqi;
- Aylıq avans və əmək haqqı tabel uçotunun aparılması;
- Ştat cədvəlinin tərtibi, əlavə və dəyişikliklərin edilməsi;
- Müxtəlif növ arayışların, xasiyyətnamələrin hazırlanması və təqdim edilməsi;
- Dövlət Miqrasiya Xidmətinə fərdi iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması üçün sənədlərin hazırlanması;
- İşçilərin icbari tibbi müayinəsi, icbari və könüllü sığortası, sosial sığorta hadisələrinin baş verməsi zamanı müavinətlərin təyin edilməsi üzrə sənədləşmə işlərinin icrası.
Tələblər
- Ali magistr təhsili;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Sosial sığorta, sosial təminat qanunvericiliyi və miqrasiya qanunvericiliyinin əsaslarını bilmək;
- Əmək qanunvericiliyini mükəmməl bilmək;
- Bu sahədə ən azı 3 il təcrübə;
- 1C 8.3 versiyasında işləmək bacarığı;
- Kompüter bilikləri və ofis ləvazimatları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, komandada işləmək bacarığı;
- Stressə davamlılıq və işdə dəqiqlik.
İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 15 oktyabr 2024 il.
What's Your Reaction?