Atəşgah Sığorta vakansiya: Korporativ Satış üzrə Mütəxəssis axtarılır.

Atəşgah Sığorta Şirkəti, Bakı şəhərində Korporativ Satış üzrə Mütəxəssis axtarır. Müştəri xidmətləri və satış sahəsində təcrübəsi olan şəxslər üçün bu vakansiya əla bir fürsət təqdim edir.

Sep 24, 2024 - 13:48
Sep 24, 2024 - 13:51
 0
Atəşgah Sığorta vakansiya: Korporativ Satış üzrə Mütəxəssis axtarılır.
Atəşgah Sığorta vakansiya: Korporativ Satış üzrə Mütəxəssis axtarılır.

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurma bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırma bacarığı
  • Yeni bilik və bacarıqları inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq və yeni iş mühitinə tez uyğunlaşma bacarığı

Əsas Vəzifə Öhdəlikləri:

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək

İş Şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
  • Bonus və rüblük motivasiya

Korporativ Satış üzrə Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Atəşgah Sığortaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 24 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow