Merga Group vakansiya: Elektrik Mühəndisi.

Elektrik mühəndisi vakansiyası Merga Group MMC-də Bakı şəhərində açıqdır. Ali təhsilli və 3-5 il iş təcrübəsi olan namizədlər müraciət edə bilər.

Sep 11, 2024 - 11:19
Sep 11, 2024 - 11:21
 0
Merga Group vakansiya: Elektrik Mühəndisi.
Merga Group vakansiya: Elektrik Mühəndisi.

İş barədə məlumat:

  • İşlərin planlaşdırılması və müvafiq planın hazırlanması
  • Elektrik xəttlərinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi
  • Elektrik xəttlərinin çəkilişi zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqinin həyata keçirilməsi
  • Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi
  • İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
  • Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi

Tələblər:

  • Müvafiq sahədə ali təhsil
  • Müvafiq sahədə 3-5 il iş təcrübəsi
  • MS Office (Word, Excel), Autocad proqramlarında işləməyi bilməli
  • Elektrik quraşdırma və kollektiv işlərinin təşkili qaydalarını bilməli
  • Azərbaycan dilini mükəmməl bilməli, İngilis dili bilməsi arzuolunandır

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • İş yeri: Bakı şəhəri
  • İş saatı: 09:00-dan 18:00-dək
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Elektrik mühəndisi” yazaraq aşağıdakı elektron ünvanına göndərməyiniz xahiş olunur: [email protected]. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciyət tarixi 11 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow