Atəşgah Sığorta vakansiya: Kargüzarlıq üzrə mütəxəssis axtarılır.

Atəşgah Sığorta Şirkətində kargüzarlıq üzrə mütəxəssis vakansiyası! Ali hüquq təhsili və kargüzarlıq sahəsində təcrübə arayan namizədlər üçün geniş imkanlar. Müraciət üçün son tarix Noyabr 5, 2024. Ətraflı məlumat üçün elanımıza baxın.

Sep 27, 2024 - 12:38
Sep 27, 2024 - 12:40
 0
Atəşgah Sığorta vakansiya: Kargüzarlıq üzrə mütəxəssis axtarılır.
Atəşgah Sığorta vakansiya: Kargüzarlıq üzrə mütəxəssis axtarılır.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparmaq, rəhbərliyə dərkənar üçün təqdim etmək və aidiyyəti şəxslərə çatdırmaq;
  • Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata almaq və göndərilməsini təşkil etmək;
  • Şirkətin daxili normativ sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirmək;
  • Etibarnamələrin qeydiyyatını aparmaq;
  • Sənədlərin göndərilməsini təşkil etmək;
  • Möhürlərin qeydiyyatını aparmaq;
  • Tərcümə şirkətləri ilə iş aparmaq, sənədləri tərcüməyə təqdim etmək və təhvil almaq;
  • Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Təhsil: Ali hüquq təhsili;
  • İş təcrübəsi: Kargüzarlıq sahəsində və ya arxiv idarəsində olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla) və əlavə olaraq İngilis dili (arzuolunandır);
  • Biliklər: Microsoft Office (Word, Excel, PowerPoint proqramları), Arxiv proqramları.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır;
  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
  • Əmək haqqı: müsahibə əsnasında bildiriləcək.

Kargüzarlıq üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Atəşgah Sığortaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 5 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow