Kontakt Home vakansiya: Bazar araşdırması üzrə mütəxəssis axtarılır.
Bazar araşdırması üzrə mütəxəssis vakansiyası ilə Kontakt Home-da karyera imkanlarınızı inkişaf etdirin. Ali təhsil, analitik düşünmə və tədqiqat bacarıqları ilə, bazar tələblərini analiz edərək, şirkətə strateji tövsiyələr verin.
Təsvir:
- Təyin edilmiş marketinq araşdırması layihəsinin məqsədlərinin və bu məqsədlərə çatmaq üçün istifadə ediləcək ən yaxşı üsulların müəyyən edilməsi.
- Anketlər, sorğular və digər məlumat toplama resurslarının hazırlanması.
- Məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması.
- Cari məhsul bazarı, müştəri demoqrafiyası, məhsul tələbinə təsir edən amillərlə bağlı məlumatların araşdırılması; mövcud məhsulların satışını və bazara nüfuzunu artırmaq üçün müvafiq tövsiyələr verilməsi.
- Digər bazar iştirakçılarının fəaliyyət (qiymət, satış və marketinq metodologiyası) ilə bağlı məlumatların dövri olaraq toplanıb təhlil edilməsi.
- Toplanmış məlumatlar əsasında marketinq və satış meyllərinin proqnozlaşdırılması və izlənməsi.
- Rəhbərliyə nəticələr üzrə hesabatlar və təqdimatların təqdim edilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər
- İş saatı: 09:00-18:00
Tələblər:
- Ali təhsil (Marketinq, statistika üzrə təhsil arzu olunandır).
- Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən.
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür.
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook).
- SPSS, SAS, Excel kimi analitika alətlərində işləmək bacarığı.
- Araşdırma və tədqiqat bacarıqları.
- Statistikada nümunələri qeyd etmək bacarığı.
- Təşkilati və təqdimat bacarıqları.
- Analitik düşünmə qabiliyyəti.
- Ünsiyyət və komandada işləmək bacarığı.
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Bazar araşdırması üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 noyabr 2024 il.
What's Your Reaction?