Atəşgah Sığorta vakansiya: Receptionist (Zərərlərin tənzimlənməsi ofisi).

Atəşgah Sığorta Şirkəti Receptionist (Zərərlərin tənzimlənməsi ofisi) vakansiyası üzrə işçi axtarır. Tam ştat iş imkanı, yüksək əmək haqqı, və müvafiq sahədə təcrübə tələb olunur. Sığorta və müştəri xidmətləri sahəsində karyera qurmaq istəyənlər müraciət edə bilər.

Nov 19, 2024 - 15:17
Nov 19, 2024 - 15:19
 0
Atəşgah Sığorta vakansiya: Receptionist (Zərərlərin tənzimlənməsi ofisi).
Atəşgah Sığorta vakansiya: Receptionist (Zərərlərin tənzimlənməsi ofisi).

Vəzifə öhdəlikləri:

  • Şirkətə gələn müştəriləri qarşılamaq, onların suallarını cavablandırmaq və aidiyyəti olan şəxslərə yönəltmək.
  • Şirkətə daxil olan sənədləri qəbul etmək, qeydiyyatını aparmaq və rəhbərliyə təqdim etmək.
  • Çıxan sənədlərin göndərilməsini təşkil etmək.
  • Xaric olan məktubları müvafiq qaydada işləyib, göndərilməsini təşkil etmək.
  • İşgüzar yazışmaların aparılması və sənədlərin göndərilməsini təmin etmək.
  • Tədbirlərin və görüşlərin planlaşdırılması və təşkili.
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır.
  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00. Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.
  • Əmək haqqı müsahibə əsnasında bildiriləcək.

Tələblər:

  • Yaş: 21-35.
  • Cinsi: Qadın.
  • Təhsil: Ali.
  • 1 ilədək müvafiq sahədə iş təcrübəsi.
  • Dil bilikləri: Rus dili (əla), Azərbaycan dili (əla), əlavə olaraq İngilis dili (arzuolunandır).
  • Biznes yazışma bacarıqları, biznes etikası bilikləri.
  • Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı.
  • Böyük həcmli məlumatlarla işləmək bacarığı.
  • İnzibatçılıqidarəetmə bacarıqları.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq, analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq.

Vakansiya haqqında ətraflı məlumat:

  • Vakansiya növü: Tam ştat.
  • Kateqoriya: Sığorta və Lizinq xidmətləri.
  • Son müraciət tarixi: Dekabr 29, 2024.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow