Atəşgah Sığorta vakansiya: Reporter (Analitika və Hesabatlıq şöbəsində mütəxəssis).
Atəşgah Sığorta Şirkəti analitika və hesabatlıq şöbəsində mütəxəssis axtarır! Ali təhsilli, 2 illik iş təcrübəsi olan namizədləri gözləyirik. Müraciət edin, yeni imkanlardan yararlanın!
Vəzifə Öhdəlikləri:
- Müxtəlif hesabat proqramlarından istifadə etməklə dinamik hesabatların hazırlanması.
- Birdəfəlik istifadə məqsədli hesabatların hazırlanması.
- Hesabatlar üzərində analitik təhlillərin aparılması.
- Mövcud hesabatların optimallaşdırılması və dəstək işlərinin görülməsi.
İş Şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir).
- Əmək haqqı: müsahibə əsnasında bildiriləcək.
Tələblər:
- Təhsil: Ali.
- İş Təcrübəsi: 2 il müvafiq sahə üzrə.
- Dil Bilikləri: Azərbaycan (əla), İngilis dili (texniki), Rus (arzuolunandır).
- Müxtəlif məlumat bazaları (MS SQL, Postgre SQL və s.) ilə iş bacarığı.
- İdarəetmə və analitik hesabatların işlənib hazırlanması.
- Qlikview və Qlik Sense proqramları üzrə biliklərin olması arzuolunandır.
- Analitik təhlil etmə və operativlik bacarığı.
- Komandada işləmə bacarığı.
Son Tarix:
- Müraciət üçün son tarix: Dekabr 3, 2024.
What's Your Reaction?