PMD Group vakansiya: Əmlakları qiymətləndimə üzrə qrup rəhbəri.

PMD Group MMC-da Əmlakları Qiymətləndirmə üzrə Qrup Rəhbəri vakansiyası. Əmlak qiymətləndirilməsi, statistik analiz və data analitika üzrə təcrübəli mütəxəssislər üçün ideal fürsət. Tam ştat, yüksək analitik bacarıqlar tələb olunur.

Nov 22, 2024 - 11:19
Nov 22, 2024 - 11:21
 0
PMD Group vakansiya: Əmlakları qiymətləndimə üzrə qrup rəhbəri.
PMD Group vakansiya: Əmlakları qiymətləndimə üzrə qrup rəhbəri.

Vəzifələr və Məsuliyyətlər:

  • Portfelin qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi: Əmlakların qiymətləndirilməsi, o cümlədən bazar məlumatlarının toplanması, təhlili, əraziyə səfərlər (əmlakın yoxlanılması), əmlak sənədlərinin təhlili və hesabatların təqdim edilməsi.
  • Əmlak qiymətləndirmə: Alqı-satqı və icarə məqsədləri üçün əmlakın qiymətləndirilməsini həyata keçirmək.
  • Qiymətləndirmə metodologiyalarının hazırlanması: Daşınmaz əmlak seqmentləri üzrə qiymətləndirmə metodologiyası və modellərinin hazırlanması və nəzərdən keçirilməsi.
  • Statistik analiz: Statistik proqram təminatından istifadə etməklə daşınmaz əmlakda statistik məlumatların təhlilini aparmaq və hesabat vermək.
  • Tədqiqatların idarə edilməsi: Müvafiq tədqiqatların idarə edilməsi və aparılması.
  • Biznes inkişafı: Daşınmaz əmlak sahəsində biznes inkişafı və innovativ yanaşmalarla məhsulun hazırlanmasında töhfə vermək.
  • Sənədlərin inkişafı: Şirkətin sənədlərinin inkişafına, o cümlədən prosedurlar, qaydalar, siyasətlər və biznes proseslərinin təkmilləşdirilməsinə töhfə vermək.
  • Əlaqələrin genişləndirilməsi: Şirkətin məhsul portfelini artırmaq üçün yeni əlaqələr qurmaq və mövcud əlaqələri gücləndirmək.

Tələblər:

  • Müvafiq ixtisas (Data analitika, Statistika, Riyaziyyat) üzrə ali təhsil.
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
  • Statistika, data analizi (Python), vizuallaşdırma (Tableau) ilə əlaqədar proqram təminatı və proqramlaşdırma dilləri ilə işləmək bacarığı.
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı.
  • Yüksək təqdimat və komandada işləmək bacarığı.
  • Yüksək analitik təhlil bacarığı.

Vakansiya haqqında məlumat:

  • Son müraciət tarixi: Yanvar 1, 2025
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow