Azərbaycan Dəmir Yolları vakansiya: Şəbəkə sistemləri üzrə mühəndis.
Azərbaycan Dəmir Yolları, Bakı şəhərində Şəbəkə Sistemləri üzrə Mühəndis vakansiyası elan edir. Şəbəkə və telefoniya sistemlərinin idarə edilməsi bacarığı olan mütəxəssislər üçün əla iş imkanı!
Şəbəkə Sistemləri üzrə Mühəndis vakansiyası, aşağıdakı əsas vəzifələri əhatə edir:
- Şəbəkə infrastrukturu və telefoniya infrastrukturu sistemlərinin qurulması və idarə edilməsi;
- Gündəlik şəbəkə monitorinqi və təhlükəsizlik divarı (Firewall) avadanlıqlarının idarə edilməsi;
- Şəbəkə, təhlükəsizlik və telefoniya sistemlərinin mütəmadi ehtiyyat surətlərinin çıxarılması;
- Xidməti məlumatların və məxfilik rejiminin qorunması qanunvericiliyə uyğun olaraq təmin edilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- İngilis və Rus dillərinin biliyi arzuolunandır;
- CCNA sertifikatı arzuolunandır;
- Texniki biliklər: Cisco ASA, Palo Alto, Static routing, OSPF, BGP, VLAN, VTP, STP, DHCP, DNS, NTP, FTP, SFTP, SSH və digər şəbəkə protokolları;
- Şəbəkə və telefoniya sistemlərinin quraşdırılması və idarə edilməsi bacarığı;
- Microsoft Windows və Linux server əməliyyat sistemləri haqqında biliklər;
- Virtual sistemlərdə şəbəkənin idarə edilməsi üzrə nəzəri biliklər;
- Şəbəkə təhlükəsizliyi avadanlıqlarının idarə edilməsi bacarığı.
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Şəbəkə sistemləri üzrə mühəndis" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 24 sentyabr 2024.
What's Your Reaction?