AZ SLEEP MARKET vakansiya: MÜHASİB (SATIŞ).
Mühasib (Satış) vakansiyası: AZ SLEEP MARKET MMC şirkəti Bakı şəhərində mühasibatlıq sahəsində təcrübəsi olan 25-40 yaş arasında olan şəxsləri işə dəvət edir. Əmək haqqı 850-1000 AZN. Mühasibatlıq təcrübəsi, nağd pul vəsaitlərinin hərəkəti və kredit müqavilələri üzrə biliklər tələb olunur.
Əmək haqqı: 800 - 1000 AZN
Şirkət: AZ SLEEP MARKET MMC
Şəhər: Bakı
Yaş həddi: 25 - 40 yaş
Təhsil: Ali təhsil
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Bitmə tarixi: 7 Dekabr, 2024
Əlaqədar şəxs:
Telefon:
E-mail: hr@askonalife.az
Vəzifələr:
- Pərakəndə satış məntəqələrinin kassa əməliyyatlarının aparılması və mühasibat uçotunun həyata keçirilməsi.
- Qaimə-fakturaların düzgünlüyünü, vergi qanunvericiliyinə uyğunluğunu və vaxtında təqdim edilməsini təmin etmək.
- Müştərilərin debitor və kreditor borclarına nəzarət etmək.
- Bank terminalları vasitəsilə gündəlik olaraq ekvayrinq nəticələrinin tutuşdurulması və uyğunluqların yoxlanılması.
- Nağd pul vəsaitlərinin cari hesabla uyğunsuzluqlarını həll etmək və bu prosesi düzgün idarə etmək.
- Müştərilərə kredit müqavilələrinin yoxlanılması və sənədlərin düzgünlüyünü təmin etmək.
- Pərakəndə ticarət obyektləri və anbarların maliyyə məsul şəxslərinin dəyişdirilməsi zamanı nəzarət etmək.
- Hər gün pərakəndə satış məntəqələrindən yazılı şəkildə daxil olan müraciətləri vaxtında icra etmək.
- Mühasibatlıq hesablarının düzgünlüyünü təmin etmək və maliyyə hesabatlarının şəffaflığını qorumaq.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahələrdə).
- 2-4 il mühasibatlıq təcrübəsi.
- Rus dili bilikləri (sərbəst).
- MS Office, BTP və 1C mühasibatlıq proqramlarında işləmə bacarığı.
- Vergi qanunvericiliyi və yerli mühasibatlıq qaydaları barədə biliklər.
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: 850-1000 AZN
What's Your Reaction?