AZBADAM vakansiya: İnsan resursları və İnzibati işlər üzrə baş mütəxəssis.

AZBADAM MMC İnsan Resursları və İnzibati İşlər üzrə baş mütəxəssis vakansiyası elan edir. Əgər siz insan resursları və inzibati işlər sahəsində peşəkar təcrübəyə sahibsinizsə və güclü idarəetmə bacarıqlarınız varsa, bu vakansiya sizin üçün ideal ola bilər.

Sep 13, 2024 - 13:31
Sep 13, 2024 - 13:35
 0
AZBADAM vakansiya: İnsan resursları və İnzibati işlər üzrə baş mütəxəssis.
AZBADAM vakansiya: İnsan resursları və İnzibati işlər üzrə baş mütəxəssis.

Vəzifələr:

  • Struktur bölmələri üçün vəzifə və peşələr üzrə kadr ehtiyaclarını müəyyənləşdirərək seçilməsini təmin etmək.
  • Müəssisənin işə qəbul siyasətini əsas götürərək işə qəbul prosesini həyata keçirmək.
  • İşə qəbul olunmuş işçilərlə bağlı sənədləşmə prosedurlarını aparmaq və adaptasiya prosesini təşkil etmək.
  • İşçilərin fəaliyyətinin qiymətləndirilməsi işini təşkil etmək, qiymətləndirmə meyarlarını və qaydalarını hazırlamaq, təlimlər keçirmək və nəticələri təhlil edərək müvafiq təkliflər vermək.
  • İnsan Resursları şöbəsinin fəaliyyət planını hazırlamaq, hesabatlar hazırlamaq və büdcəni idarə etmək.
  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, illik təlim planını hazırlamaq və təlimləri təşkil etmək.
  • İnzibati işlərin icrasına nəzarət etmək, teambuilding, networking və digər korporativ tədbirləri koordinasiya etmək.
  • İşçilərin məzuniyyətdən istifadə və xidməti ezamiyyələrinə nəzarət etmək.
  • Daxili nəzarəti təşkil etmək, şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək.
  • Motivasiya tədbirlərini hazırlamaq və həyata keçirmək.
  • İşçilərin iş vaxtının tabeli uçotunu tərtib etmək və əmək haqqının hesablanmasını təmin etmək.
  • Daxili nizam-intizam qaydalarına və SƏTƏMM təlimatlarına riayət etmək.
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (İdarəetmə, İnsan Resursları, Biznes, İqtisadiyyat və digər əlaqəli sahələrdə).
  • Müvafiq sahədə ən az 3-4 il iş təcrübəsi.
  • Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst ünsiyyət qurma bacarıqları.
  • Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmə bacarıqları.
  • Komanda işinin təşkili və güclü idarəetmə bacarıqları.
  • Çoxsaylı tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı.
  • Güclü təşkilati bacarıqlar.

İnsan resursları və İnzibati işlər üzrə baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini AZBADAM-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow