Facility Management Group vakansiya: Hüquq məsləhətçisi axtarılır.

Facility Management Group Bakı şəhərində tam ştatlı Hüquq Məsləhətçisi axtarır. Hüquqi sənədlərin hazırlanması və qanunvericiliyə uyğunluğun təmin edilməsi ilə bağlı geniş məsuliyyətlər. Minimum 2 il iş təcrübəsi, Azərbaycan, rus və ingilis dillərində bilik tələb olunur.

Sep 13, 2024 - 13:24
Sep 13, 2024 - 13:27
 0
Facility Management Group vakansiya: Hüquq məsləhətçisi axtarılır.
Facility Management Group vakansiya: Hüquq məsləhətçisi axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Şöbənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq.
  • Qərar, əmr, sərəncam, müqavilə, məktub və digər hüquqi aktların layihələrini qanunvericiliyə və daxili normativ sənədlərə uyğun şəkildə qiymətləndirmək.
  • Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək.
  • Şöbənin icraatında olan işlərin qanunvericiliyə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanması.
  • Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq.
  • Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək.
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirri və digər konfidensial məlumatları qorumaq.
  • Peşə hazırlığı və ixtisas artırılması tədbirlərində iştirak etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
  • Azərbaycan, rus və ingilis dillərində bilik (arzu olunandır).
  • MS Office proqramları biliyi.
  • Məsuliyyət, təşkilatçılıq və qərarvermə bacarıqları.
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
  • Mülki, mülki-prosessual, əmək, qeyri-dövlət (özəl) mühafizə, mənzil və daşınmaz əmlak qanunvericiliyini mükəmməl bilmək.
  • Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi.

Hüquq məsləhətçisi vakansiyası ilə maraqlananlar CV-lərini Facility Management Groupa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 23 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow