DƏRMAN MMC vakansiya: Tibbi nümayəndə axtarılır.

Bakı şəhərində Tibb nümayəndəsi vakansiyası. 20-40 yaş arası namizədlər üçün əla iş imkanı! Gündəlik tibb müəssisələrini ziyarət edərək şirkətimizin məhsullarını həkimlərə təqdim edin.

Sep 20, 2024 - 13:49
Sep 20, 2024 - 13:52
 0
DƏRMAN MMC vakansiya: Tibbi nümayəndə axtarılır.
DƏRMAN MMC vakansiya: Tibbi nümayəndə axtarılır.

İş barədə məlumat:

  • Gündəlik tibb və əczaçılıq müəssisələrini ziyarət etmək.
  • Şirkətin məhsullarını tibbi və əczaçılıq müəssisələrində həkim və əczaçılara tanıtmaq.
  • Təqdim edilən məhsullara olan tələbatı öyrənmək.
  • Bölgədə satış dinamikasını izləmək.
  • Görülən işlər barədə gündəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək.
  • Şirkətdə verilmiş təlimatları və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
  • Tələb olunan klassik geyim formasına uymaq.
  • Mütəmadi olaraq şirkətimiz tərəfindən keçirilən tibbi və marketinq treninqlərində iştirak etmək.
  • Stabil əməkhaqqı, mükafat (premya) və ödənişli məzuniyyət.
  • Kariyerada yüksəliş, nəticələrinə (satışa) uyğun maaş artımı və mükafat (premya).
  • Aylıq məvacib 700 - 1250 AZN (iş təcrübəsindən, stajdan və potensialdan asılı olaraq).
  • İş rejimi - həftə içi 5 iş günü.
  • İş qrafiki: 1-5 günlər, 09:00-dan - 18:00-dək.

Namizədə tələblər:

  • İntizamlı, məsuliyyətli, səliqəli və xoş zahiri görünüş.
  • Ali və ya orta təhsil.
  • Yaş həddi 20-40.
  • Mehriban və ünsiyyət qurma bacarığı.
  • Komandada işləmə bacarığı.
  • Səlis nitq qabiliyyəti, satış və təqdimat aparmaq bacarığı.
  • Çeviklik və işgüzarlıq.

CV-lərinizi zəhmət olmasa, e-mail ünvanına göndərin. Xahiş olunur, CV və ya e-mail [email protected] göndərərkən işləmək istədiyiniz bölgəni başlıq hissəsində qeyd edin.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow