Azərbaycan Dəmir Yolları vakansiya: Ətraf mühitin mühafizəsi şöbəsi üzrə texnik.
Azərbaycan Dəmir Yollarında ətraf mühitin mühafizəsi şöbəsi üzrə texnik vakansiyası. İş tələbləri: əməyin mühafizəsi, statistika, kargüzarlıq, hesabatların hazırlanması.
Vəzifə Öhdəlikləri:
- İstehsalat xəsarətlərinin və peşə xəstəliklərinin profilaktikasına nəzarət və statistikanın aparılması.
- Əmək mühafizəsi norma və standartlarına uyğun müşahidə hesabatlarının hazırlanması.
- İşçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət.
- Ətraf mühitin mühafizəsi üzrə rəsmi statistikanın hazırlanması və ekoloji ödənişlərin sistemləşdirilməsi.
- Təlimat və normativ sənədlərin tətbiqi, prosedur və formaların icrasına nəzarət.
- İllik fəaliyyət planının idarə olunmasında dəstək verilməsi.
- Gündəlik, həftəlik və aylıq hesabatların tərtibi və məlumat bazasına daxil edilməsi.
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə).
- Əmək və ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik bilikləri.
- Əmək qanunvericiliyi və beynəlxalq standartlar üzrə biliklər.
- Kargüzarlıq və sənədləşdirmə üzrə təcrübə.
- Yüksək səviyyədə MS Office bilikləri.
- İngilis və rus dili bilikləri.
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Ətraf mühitin mühafizəsi şöbəsi üzrə texnik" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20 sentyabr 2024.
What's Your Reaction?