Azərbaycan Dəmir Yolları vakansiya: Liman və terminal əməliyyatları üzrə aparıcı mütəxəssis axtarılır
Azərbaycan Dəmir Yolları şirkəti Liman və Terminal Əməliyyatları üzrə aparıcı mütəxəssis vakansiyası elan edir. Yük daşımaları, sənədləşmə və kommersiya sahəsində təcrübəyə malik mütəxəssislər üçün müraciət imkanı.
Vəzifə öhdəlikləri
- Terminala daxil olan yüklərin sənədlərinin toplanması və çeşidlənməsi.
- Konteynerlərin texniki və kommersiya baxımından sazlığının yoxlanmasında iştirak.
- Yüklərin daşınma sənədlərinin hazırlanması və aidiyyəti bölmələrə təqdim edilməsi.
- "Qapı-qapı" xidmətlərində sifarişlərin qəbul edilməsi və müvafiq sənədlərin hazırlanması.
- Müştərilərin tələbinə uyğun olaraq yüklərin ünvana çatdırılması və gömrükləmə proseslərinin həyata keçirilməsi.
- Terminalın sənədləşmə prosesində və digər müvafiq məsələlərdə dəstək vermək.
- Əməliyyatların düzgün aparılması üçün hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə olan tələblər
- Ali təhsil müvafiq sahədə olmalıdır.
- Ən azı 2 il iş təcrübəsi.
- Rus dili biliyi vacibdir, ingilis dili biliyi üstünlükdür.
- MS Office proqramlarında orta səviyyədə bacarıq.
- Beynəlxalq yük daşımaları, konteyner daşınma qaydaları və tranzit gömrük məsələləri haqqında biliklər.
Funksional səriştələr
- Yüksək təşkilatçılıq qabiliyyəti.
- Analitik düşüncə və problem həll etmə bacarığı.
- Vaxtın effektiv idarə edilməsi və diqqətlilik.
İş qrafiki və əmək haqqı
- 6 günlük iş həftəsi (09:00-18:00; şənbə 09:00-15:00).
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək.
- İş yeri: Abşeron Logistika Mərkəzi.
- Əlavə üstünlüklər: Könüllü tibbi sığorta, peşəkar təcrübə və karyera yüksəlişi imkanı.
Müraciət qaydası
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Liman və terminal əməliyyatları üzrə aparıcı mütəxəssis" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 23 sentyabr 2024.
What's Your Reaction?