Bank of Baku vakansiya: Mikrokreditlər üzrə bölmə rəhbərləri axtarılır.
Bank of Baku Mikrokreditlər üzrə bölmə rəhbəri vəzifəsinə vakansiya elan edir. 5 il təcrübə və iqtisadi idarəetmə sahəsində ali təhsil tələb olunur. 4000 AZN-dək maaş və geniş bonus sistemi.
Vəzifə Öhdəlikləri:
- Filialın Mikrokreditlər üzrə portfelinin artımını və keyfiyyətini nəzarətdə saxlayır.
- Bank tərəfindən müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət edir və bu istiqamətdə təkliflər verir.
- Müştəri Xidmətləri Departamentinin və Filialın Kredit Komitəsinin mütləq üzvü kimi iştirak edir.
- Müştəri Xidmətləri Departamentinin Kiçik Kredit Komitəsinə sədrlik edir.
- Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarının əmək intizamına, davamiyyətinə və geyim qaydalarına riayət etmələrini nəzarətdə saxlayır.
Tələblər:
- Mikrokreditlər üzrə 5 il və daha çox iş təcrübəsi.
- Ali təhsil, xüsusilə iqtisadi və idarəetmə sahəsində.
Biz Sizə Nə Təklif Edirik?
- Rəqabətli əməkhaqqı (4000 AZN-dək) və bonuslar (aylıq və rüblük olaraq əlavə bonuslar).
- Geniş çeşidli kredit məhsulları (Mikrokredit, KOS, Peşə kreditləri və s.).
- Tibbi sığorta və həyat yığım sığortasına qoşulma imkanı.
- Performans əsaslı karyera inkişafı.
- Məhsullar üzrə faiz və komissiyalara dəyişiklik səlahiyyəti.
- Fəaliyyət sahəsinə uyğun təlimlərdə iştirak imkanı.
- Komanda quruculuq tədbirlərində iştirak və idman zallarında endirim imkanları.
- Mobil operatorun korporativ tariflərinə qoşulma və bölgələrdə otellərdə endirimlər.
Mikrokreditlər üzrə bölmə rəhbərləri vakansiyası ilə maraqlananlar CV-lərini Bank of Baku-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər.
Son tarix 20 sentyabr 2024 il.
What's Your Reaction?