Azərbaycan Dəmir Yolları vakansiya: Teplovoz maşinist köməkçisi (Salyan və Astara).

Salyan və Astara bölgələrində Teplovoz Maşinist Köməkçisi vakansiyası üçün müraciət edin. Azərbaycan Dəmir Yolları şirkətində karyera qurmaq istəyirsinizsə, bu mükəmməl imkanı qaçırmayın!

Oct 9, 2024 - 12:19
Oct 9, 2024 - 12:22
 0
Azərbaycan Dəmir Yolları vakansiya: Teplovoz maşinist köməkçisi (Salyan və Astara).
Azərbaycan Dəmir Yolları vakansiya: Teplovoz maşinist köməkçisi (Salyan və Astara).

Vəzifələr:

  • Lokomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin və digər normativ aktların tələblərini yerinə yetirmək.
  • Teplovoza texniki xidmət göstərmək, qatarların daşınmasında və manevr işlərinin yerinə yetirilməsində texniki biliyi artırmaq.
  • İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək; gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq.
  • Teplovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək.
  • Teplovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
  • Teplovozda təhlükəsizlik və radiorabitə qurğularının işinə nəzarət etməklə, yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq, nasazlıq aşkar edildikdə lazımi tədbirlər görmək.
  • Teplovoz dayanarkən ekipaj hissələrin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək.
  • Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək.
  • Yanacaq enerji resurslarını, sürtkü və digər materialları qənaətlə istifadə etməklə, avadanlıqları, alətləri və fərdi mühafizə vasitələrini saz vəziyyətdə saxlamaq.
  • Maşinist teplovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə, qatarı dayandırmaq və radiorabitə vasitəsilə məlumat vermək.

Tələblər:

  • Peşə təhsili (müvafiq sahə üzrə).
  • Teplovoz maşinist köməkçisi vəsiqəsi.
  • Elektrik qurğularının istismarında texniki istismar qaydaları (TİQ) və texniki təhlükəsizlik qaydaları (TTQ).
  • Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı.
  • Qatarların hərəkəti və manevr işinə dair Təlimat.
  • Diqqətlilik, mühitə uyğunlaşma, peşəkar ehtiyatlılıq, problem həlletmə və aktiv dinlənmə bacarıqları.

Son tarix: Noyabr 17, 2024

Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Teplovoz maşinist köməkçisi (Salyan və Astara)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 17 noyabr 2024.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow