Azərbaycan Hava Yolları vakansiya: Biznes proseslərinə nəzarət üzrə Aparıcı Mütəxəssis.
"Azərbaycan Hava Yolları" QSC, biznes proseslərinə nəzarət üzrə aparıcı mütəxəssis axtarır. İddiaçılar, daxili nəzarət və təftiş proseslərinin planlanması, təhlili və effektivliyinin artırılması sahəsində olan bacarıqlara malik olmalıdırlar. İş yeri Heydər Əliyev Beynəlxalq Hava Limanındadır.
Təsvir
- Daxili nəzarət və təftiş funksiyasının icrası üçün analitik və operativ təhlil, təftiş və yoxlama proseslərinin planlanması və icrasında iştirak.
- Müxtəlif biznes proseslərin detallı təhlilini aparmaq, onların axınını, məqsədini və fəaliyyətini başa düşmək.
- İş proseslərinin effektivliyini artırmaq, standartlara uyğunluğu yaxşılaşdırmaq, mövcud və ya potensial risklər daxilində baş vermiş və ya baş vermə ehtimalı olan nöqsanları vaxtında aşkar etmək.
- Proseslərdə, nəzarət mexanizmlərində mövcud və yol verilmiş boşluq və pozuntuların aşkar edilməsi.
- Aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanması.
- Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tələbnamələrin hazırlanması və icrasına nəzarət.
Tələblər
- Təhsil: Ali təhsil.
- Dil bilikləri: Azərbaycan dili - ana dili; İngilis dili - yüksək səviyyə.
- Proqram bilikləri: Microsoft Office proqramları; Excel/SQL/VBA, Power BI proqramlarında işləmə bacarığı üstünlükdür.
- Sertifikatlar: CIA, CFE, CFA, ACCA kimi sahə üzrə əlavə sertifikatlara malik olmaq üstünlükdür.
- Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Bacarıqlar: Ünsiyyət, danışıqların aparılması, qərar vermə, problemi həll etmə, təqdimat, öyrənmə, işə uyğunlaşma, dəyişikliklərə uyğunlaşma və komandada işləmək bacarıqları.
İş Qrafiki
- Həftə içi 5 gün (09:00-18:00).
İş Yeri
- Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Vakansiya Haqqında
- Son tarix: Oktyabr 19, 2024.
- Vakansiya növü: Tam ştat.
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə.
Biznes proseslərinə nəzarət üzrə Aparıcı Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 oktyabr 2024 il.
What's Your Reaction?