Paşa Bank vakansiya: Rəqəmsal Frod Idarəetmə üzrə Baş Mütəxəssis.

Paşa Bank, Rəqəmsal Frod İdarəetmə üzrə Baş Mütəxəssis axtarır. Frod idarəetmə sahəsində 4 illik iş təcrübəsinə malik mütəxəssislər üçün ideal bir iş mühiti təqdim edir. Ətraflı məlumat üçün müraciət edin!

Sep 25, 2024 - 12:00
Sep 25, 2024 - 12:03
 0
Paşa Bank vakansiya: Rəqəmsal Frod Idarəetmə üzrə Baş Mütəxəssis.
Paşa Bank vakansiya: Rəqəmsal Frod Idarəetmə üzrə Baş Mütəxəssis.

Təsvir

Rəqəmsal Frod İdarəetmə üzrə Baş Mütəxəssis aşağıdakı vəzifələri yerinə yetirəcək:

  • Rəqəmsal kanallarda müəyyən etmə və qarşı alma mexanizmlərini yaratmaq üçün lazımi ölçülər götürmək.
  • Daxili siyasət və proseduraların hazırlanması və nəzərdən keçirilməsinə məsul olmaq.
  • Məhsulun təhlükəsizliyini təmin etmək; hazırlanma mərhələsindən öncə zəiflikləri müəyyən etmək üçün yeni məhsullar, kampaniyalar və xidmətlərin analizini aparmaq.
  • Frod riskini vurğulayaraq və onun təsirinin azaldılması planını tövsiyə edərək biznesə töhvə vermək.
  • Mümkün ola biləcək frod itkilərini azaltmaq və ya aradan qaldırmaq üçün müəyyənedici və qarşısını alan frod əleyhinə kontrollar tədbiq etmək.
  • Frod qayda və senarilərini hazırlamaq, qaydaların idarə edilməsi və frod risk qiymətləndirmələrini aparmaq.
  • Hesabat və rəqəmsal frod risk məlumat bazasının idarə edilməsi, frod mübahisələrinin idarəedilməsi, frod və verilənlərin analizi.
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.

Tələblər

  • Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Tələb olunan iş təcrübəsi: Frod idarəedilməsi sahəsində 4 il iş təcrübəsi.
  • Xarici dillər: İngilis (yaxşı).
  • Kompüter bilikləri: Verilənlərin analizi alətləri, əla Excel biliyi, link analiz alətləri, frod idarə edilməsi sistemləri, kart tədbiqləri.
  • Məhsul üzrə biliklər: Kart məhsulları, onlayn və mobil ödəniş sistemləri, əsas bankçılıq sistemləri, qlobal ödəniş təchizatçıları, frod əleyhinə məhsullar, xidmətlər, qaydalar.

Son tarix: Oktyabr 23, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Rəqəmsal Frod Idarəetmə üzrə Baş Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 23 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow