Azərbaycan Hava Yolları vakansiya: Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis.

"Azərbaycan Hava Yolları" QSC-də "Biznes proseslərinə nəzarət üzrə mütəxəssis" vakansiyası axtarılır. Analitik düşüncə və mükəmməl problem həll etmə bacarıqları ilə dolu mütəxəssislər, daxili nəzarət və təftiş funksiyalarında iştirak edərək iş proseslərinin effektivliyini artırmağa dəvət olunur. İndi müraciət edin!

Sep 25, 2024 - 12:22
Sep 25, 2024 - 12:25
 0
Azərbaycan Hava Yolları vakansiya: Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis.
Azərbaycan Hava Yolları vakansiya: Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis.

Təsvir:

  • Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanması və icrasında iştirak.
  • Müxtəlif biznes proseslərin detallı təhlilini aparmaq, onların axınını, məqsədini və fəaliyyətini başa düşmək.
  • İş proseslərinin effektivliyini artırmaq, standartlara uyğunluğunu yaxşılaşdırmaq, mövcud və ya potensial risklər daxilində baş vermiş və ya baş vermə ehtimalı olan nöqsanları vaxtında aşkar etmək, onların tam və ya qismən aradan qaldırılması yolunda tədbirlər görmək.
  • Proseslərdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud və yol verilmiş boşluq və pozuntuların aşkar edilməsi zamanı, həmçinin həmin hallar üzrə optimallaşdırıcı və düzəldici təklifləri birbaşa rəhbərə təqdim etmək.
  • Aşkar edilmiş boşluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanması.

Tələblər:

  • Təhsil: Ali təhsil.
  • Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yüksək səviyyə.
  • Proqram bilikləri: Microsoft Office proqramları; Excel/SQL/VBA, Power BI proqramlarında işləməyi bacarmaq üstünlükdür.
  • Sertifikatlar: Sahə üzrə sertifikatlara malik olmaq əlavə üstünlükdür (CIA, CFE, CFA, ACCA).
  • İş təcrübəsi: Sahə üzrə minimum iş təcrübəsi minimum 1 il.
  • Bacarıqlar: Ünsiyyət, danışıqların aparılması, qərar vermə, problemi həll etmə, təqdimat, öyrənmə, işə uyğunlaşma, dəyişikliklərə uyğunlaşma və komandada işləmək bacarığı.

Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow