PMD Group vakansiya: Baş elektrik mühəndisi axtarılır.
PMD Group MMC, elektrik mühəndisliyi sahəsində Baş Elektrik Mühəndisi vakansiyası üçün müraciət qəbul edir. 15 illik iş təcrübəsi olan mütəxəssisləri axtarır. Layihələndirmə, analiz, elektrik sistemlərin uyğunluğu və komanda işi üzrə təcrübəsi olan namizədlər dəvət edilir.
Təsvir
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək.
- Layihələndirmədə elektrik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək.
- Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını müəyyənləşdirmək.
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək.
- Layihələrin elektrik hissəsinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə birbaşa rəhbərinə öz texniki rəyini təmin etmək.
- İstehsalatda elektrik avadanlıqlarının və kabel xətlərinin quraşdırma işləri zamanı texniki nəzarət işlərini həyata keçirmək.
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə rəy vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək.
Tələblər
- Elektrik mühəndisliyi üzrə ali təhsil.
- Müvafiq sahə üzrə sifarişçi olaraq azı 10 il işləməklə minimum 15 il (tikinti və ofis) iş təcrübəsi.
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA.
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı.
- Kompüter bilikləri: MS Office, AutoCAD.
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Vakansiya haqqında
Son tarix: Noyabr 29, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Tikinti və Daşınmaz əmlak
Baş elektrik mühəndisi vakansiyası ilə maraqlananlar CV-lərini PMD Groupa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 noyabr 2024 il.
What's Your Reaction?