Azərbaycan Hava Yolları vakansiya: Satış əməliyyatları və Karqo satışı Şöbəsi / Biznes Analitik.
"Azərbaycan Hava Yolları" QSC, Satış Əməliyyatları və Karqo Satışı Şöbəsində Biznes Analitik vakansiyası üçün müraciət qəbul edir. Məlumat analizi, statistik modelləşdirmə və strateji qərar qəbul etmə bacarıqları ilə karyera imkanlarını qaçırmayın!
Təsvir:
- Müxtəlif mənbələrdən məlumat toplamaq və analiz etmək;
- Gələcək tendensiyalar və müştəri davranışını proqnozlaşdırmaq üçün statistik analiz və modelləşdirmədən istifadə etmək;
- İdarəetmə üçün strateji qərar qəbul etmə məqsədilə məlumat anlayışlarını təqdim etmək;
- Məlumat analizi alətləri (SQL, Python) və məlumat vizuallaşdırma platformalarında (Power BI, Tableau) işləmək;
- Satış və marketinq komandaları ilə əməkdaşlıq edərək məlumat əsaslı satış strategiyalarını inkişaf etdirmək.
Tələblər:
- Təhsil: Ali təhsil;
- Proqram bilikləri: Microsoft Office proqramlarında işləməyi bacarmaq;
- Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yüksək səviyyədə;
- İş təcrübəsi: Sahə üzrə minimum 2 il iş təcrübəsinə malik olmaq;
- Üsiyyət Bacarıqları: Yazılı və şifahi;
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə və işə uyğunlaşma qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
İş qrafiki: 09:00-18:00 (Həftə içi 5 gün)
Son tarix: Oktyabr 30, 2024
What's Your Reaction?