LANDAU School vakansiya: Qeydiyyatçı axtarılır.
LANDAU School, qeydiyyatçı vakansiyası üçün namizədlər axtarır. Müştəri yönümlülüyü və mükəmməl xidmət keyfiyyətinə önəm verən bir mühitdə çalışmaq istəyənlər üçün ideal imkandır. Müraciət etməyi unutmayın!
Təsvir:
- Ümumi məlumat xəttinə daxil olan zənglərin cavablandırılması, qaynar xəttə daxil olan zənglərin cavablandırılması və ehtiyac olduqda aidiyyatı istiqamətə yönləndirilməsi;
- Korpuslara gələn müştərilərin/valideynlərin qarşılanması, məlumatlandırılması, ehtiyac yarandıqda yönləndirilməsi, dəstək olunması;
- Satışların edilməsi;
- Ödənişlərin qəbulu və müvafiq istiqamətə təhvil verilməsi;
- ID kartların qeydiyyatı, giriş/çıxış kartların sifarişlərinin qəbul olunması;
- Sənədlərin qəbulu/göndərilməsi;
- Müraciətlər zamanı FAQ istifadə edərək, verilən sualların düzgün cavablandırılması;
- Wolt tətbiqi ilə satışın həyata keçirilməsi;
- E-mail və yazışmaların həyata keçirilməsi, müştəri sorğularının və şikayətlərin qeyd edilməsi;
- Müştərilərdə yaranmış problemlərin operativ həll edilməsi;
- Birbaşa rəhbərlik tərəfindən təyin olunmuş tapşırıq və sorğuların icrası.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Microsoft Office proqramları ilə işləmək bacarığı;
- Yüksək səviyyədə azərbaycan dili və rus dili biliyi;
- İngilis dili arzu olunandır;
- Yaxşı ünsiyyət bacarığı;
- Müştəri yönümlülük;
- Dəqiqlik və məsuliyyətlilik, komandada işləmək bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 9:00 - 18:00/8:00 - 17:00 (həftədə 5 dəfə);
- Könüllü tibbi sığorta;
- Peşəkar inkişaf imkanları;
- Uşaqlara məktəb endirimləri.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son tarix: Oktyabr 9, 2024
Kateqoriya: Təhsil
Qeydiyyatçı vakansiyası ilə maraqlananlar CV-lərini Landau School-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 oktyabr 2024 il.
What's Your Reaction?