AzəriMed vakansiya: Məhsul üzrə menecer axtarılır.
AzəriMed QSC şirkətində məhsul üzrə menecer vakansiyası. Tibb sahəsində ali təhsili olan, analitik düşüncəyə malik mütəxəssislər axtarılır.
Vəzifə Öhdəlikləri
- Məhsulun satışının planlaşdırılması: Məhsulun bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı da daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması.
- Cari bazar tendensiyalarının təhlil edilməsi: Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi.
- Bazar araşdırmasının aparılması: Yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması.
- Satış strategiyasının hazırlanması: Qısa və uzunmüddətli perspektivdə məhsulun marketinq planlarının işlənib hazırlanması.
- Məhsul üzrə təlimlərin verilməsi: Elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi.
- Promosiya materiallarının hazırlanması: Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması.
İş Şəraiti
- Əmək haqqı: 1600-2000 AZN + Bonus sistemi.
- İş qrafiki: I-V günlər 09:00-18:00.
Tələblər
- Yaş: 25-45.
- Tibb üzrə ali təhsil.
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- Azərbaycan dilində səlis danışıq və yazma bacarığı.
- Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir; əlavə xarici dil biliyi üstünlükdür.
- Komandada işləmə bacarığı.
- Peşəkar ünsiyyət qurma bacarığı.
- İnkişafa və öyrənməyə meyilli.
- MS Office proqramları ilə işləmə bacarığı.
- Analitik təfəkkür.
- İşində dəqiq və məsuliyyətli.
- Yüksək səviyyədə təqdimat bacarığı.
Vakansiya haqqında
Son tarix: Noyabr 23, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Səhiyyə
What's Your Reaction?