Unibank vakansiya: Əməliyyat auditi şöbəsinin Auditoru axtarılır.
Unibank Kommersiya Bankı Əməliyyat Auditi Şöbəsi üçün auditor axtarır. İllik audit planlarının icrası, daxili nəzarət və risk idarəetmə sistemlərinin təhlili kimi əsas vəzifələri özündə birləşdirən bu vakansiya, maliyyə və idarəetmə sahəsində təcrübəsi olan namizədlər üçün əla iş fürsətidir.
Vakansiya Elanı: Əməliyyat Auditi Şöbəsinin Auditoru
İş yeri: Unibank Kommersiya Bankı, 55 Rəşid Behbudov Küçəsi, Bakı, Azərbaycan
İş rejimi: Tam ştat
Son müraciət tarixi: 30 oktyabr 2024
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Əsas vəzifələr:
- İllik audit planlarına uyğun olaraq audit yoxlamalarında iştirak etmək;
- Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və müvafiq tövsiyələr vermək;
- Audit müşahidələri və tövsiyələri əhatə edən audit hesabatlarını hazırlamaq;
- Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
- Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək;
- Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- İqtisadi ali təhsil;
- Əməliyyat sahəsində (korporat və ya multifunksional) ən azı 1 illik təcrübə;
- Analitik təhlil etmə bacarığı;
- Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Daim bilik və bacarıqlarını artırmağa meyilli olmaq;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv və komandada işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili üstünlükdür);
- Regionlara ezamiyyət imkanları.
Əməliyyat auditi şöbəsinin Auditoru vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?