Azəripək vakansiya: Enerji İdarəçisi (Meneceri)
Şəki şəhərində "Azəripək" MMC üçün enerji idarəçisi (meneceri) vakansiyası. 800 - 1000 AZN əmək haqqı ilə enerji səmərəliliyi, texniki xidmət və idarəetmə sahələrində təcrübəli mütəxəssis tələb olunur.
İşin Təsviri:
- Enerji istehlak edən qurğu və avadanlıqlara texniki xidmət göstərmək və enerji səmərəliliyini monitorinq etmək.
- Enerji istehlakının monitorinqi üçün ölçmə vasitələrinin işlək vəziyyətdə saxlanılması, təmiri və ya əvəzlənməsi ilə bağlı tədbirlər görmək.
- Enerji istehlak edən sistemlərdə tələb olunan modifikasiyaları həyata keçirmək və tətbiqini koordinasiya etmək.
- Enerji istehlakının vərdişlərini dəyişdirmək və enerji qənaətini təmin etmək üçün tədbirlər görmək.
- Enerji istehlakı nəticəsində yaranan tullantılardan istifadə ilə bağlı təkliflər hazırlamaq.
- Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı işçi heyətini təlim etmək.
Tələblər:
- Energetika və texniki sahələrdə ali təhsil və müvafiq ixtisas üzrə azı 3 il iş təcrübəsi.
- İdarəetmə və işlərə nəzarət bacarıqları.
- Kollektivlə işləmə bacarığı.
Şərtlər:
- Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə.
- Həftəiçi 5 iş günü, saat 09:00-dan 18:00-dək.
Müraciət etmək istəyən namizədlərin CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur. Son müraciyət tarixi 26 sentyabr 2024 il.
What's Your Reaction?