Orzax vakansiya: Sənədləşdirmə üzrə kiçik mütəxəssis.

Sənədləşdirmə üzrə kiçik mütəxəssis vakansiyası Bioherbal Baku MMC-də. 500-700 AZN əmək haqqı, 21-35 yaş aralığı, orta tibbi təhsil və ofis proqramları bilikləri tələb olunur.

Sep 10, 2024 - 13:27
Sep 10, 2024 - 13:29
 0
Orzax vakansiya: Sənədləşdirmə üzrə kiçik mütəxəssis.
Orzax vakansiya: Sənədləşdirmə üzrə kiçik mütəxəssis.

İş barədə məlumat:

Bioherbal Baku MMC şirkəti sənədləşdirmə üzrə kiçik mütəxəssis axtarır. Sənədləşdirmə üzrə kiçik mütəxəssis vəzifəsinə namizədlər idxal olunan məhsulların sənədləşmə prosesinə nəzarət edəcək, nazirlik və agentliklərə lazımi sənədləri çatdıracaq və sənədlərin sürətli şəkildə yazılması və yoxlanılmasını təmin edəcək. Daxil olan sənədləri qəbul etmək, qeydiyyatını aparmaq, sənədlərin çatdırılmasını həyata keçirmək, sənədlərin surətini çıxarmaq, çoxaltma və elektronlaşdırma işlərini yerinə yetirmək mütəxəssisin əsas vəzifələridir.

İş rejimi 09:00-dan 18:00-dəkdir. Bu sahədə təcrübə arzuolunandır. Əmək haqqı müsahibə əsasında təyin olunur və 500-700 AZN arasında dəyişir.

Namizədə tələblər:

  • Ali və ya orta tibbi təhsil (tibb, kimya, biologiya bilikləri vacibdir)
  • Yeni məzun olmuş şəxslər
  • Yaş həddi: 21-35
  • Əczaçılıq fakultəsini bitirənlərə üstünlük verilir
  • Azərbaycan dili üzrə səlist biliklər
  • Ofis proqramlarından rahat istifadə etmə bacarığı

Maraqlanan namizədlər "Sənədləşdirmə üzrə Kiçik Mütəxəssis" başlığı ilə [email protected] email ünvanına müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciyət tarixi 10 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow