Unibank vakansiya: Aparıcı hüquqşünas axtarılır.
Unibank Kommersiya Bankında Aparıcı Hüquqşünas vakansiyası! Hüquq sahəsində ali təhsili olan, korporativ hüquq üzrə təcrübəsi olan namizədlər axtarılır. Hüquqi dəstək vermək və müqavilələrin hazırlanmasında iştirak etmək üçün müraciət edin!
Vəzifələr:
- Bank tərəfindən hazırlanmış yeni məhsullara hüquqi dəstək göstərilməsi.
- Müqavilələrin hazırlanması, kontragentlər tərəfindən təqdim edilmiş müqavilə layihələrinin Bankın hüquq və mənafelərinə uyğunluğunun təmin edilməsi.
- Bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, hüquqi rəylərin verilməsi.
- Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli.
- Rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Hüquq sahəsində ali təhsil.
- Korporativ hüquq sahəsində müvafiq iş stajı.
- Azərbaycan Respublikasının qanunvericiliyi və normativ-hüquqi aktları haqqında bilik.
- Mülki, bank və əmək qanunvericiliyinin biliyi.
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi və bağlanması qaydası üzrə təcrübə.
- Hüquqi sənədlərin sistemləşdirilməsi və uçotu qaydaları haqqında bilik.
- Yüksək səviyyədə ingilis dili biliyi.
- Yüksək qavrama və öyrənmə qabiliyyəti.
- Yaradıcı yanaşma və yeni ideyaları stimullaşdıra bilmək bacarığı.
Aparıcı hüquqşünas vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 noyabr 2024 il.
What's Your Reaction?