Azərsun Holding vakansiya: Komplayns üzrə mütəxəssis / Aparıcı mütəxəssis.
AZ SƏNAYE BANKI ASC, komplayns üzrə mütəxəssis və ya aparıcı mütəxəssis axtarır. Ali təhsil, 2-3 illik iş təcrübəsi və yaxşı analitik düşünmə qabiliyyəti olan namizədləri gözləyirik. İş yeriniz Bakı şəhərində olacaq. Əmək haqqı razılaşma yolu ilədir.
Tələblər:
- Ali təhsil.
- Ödəniş kartları, ekvayrinq və bank işi üzrə 2-3 illik iş təcrübəsi.
- Microsoft Office (Excel, Word, Outlook) proqramları üzrə yaxşı kompüter bacarıqları.
- Dil bilikləri: Azərbaycan dili – əla; rus və ingilis dili biliyi arzuolunandır.
- Minimum 2 il təcrübə (kredit və aidiyyəti sahələrdə).
- Analitik düşünmə qabiliyyəti, təhlil və hesabat vermə, problemləri müstəqil həll etmə qabiliyyəti.
İş haqqında məlumat:
- Şöbə daxili iş bölgüsünə və struktur rəhbərinin ƏL/TMM üzrə Məsul Şəxsin tapşırıqlarına əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericilikdən və bankdaxili qaydalardan irəli gələn vəzifələri yerinə yetirmək.
- Bankın müvafiq Screening Modulu üzrə əməliyyatları araşdırmaq, təsdiq və ya imtina etmək.
- Müştəri Xidmətləri Strukturları tərəfindən təqdim olunmuş hüquqi şəxslərin konvertasiya əməliyyatları ilə bağlı müraciətləri analiz etmək, təsdiq və ya imtina etmək.
- Bankın aidiyyəti əməliyyatlara nəzarət strukturu tərəfindən təqdim olunmuş müraciətlər əsasında hüquqi şəxs hesablarından fiziki şəxs hesablarına daxil olma əməliyyatlarını araşdırmaq və rəy bildirmək.
- Bankın avtomatlaşdırılmış məlumat sistemləri və müvafiq strukturları tərəfindən təqdim edilmiş müraciətlər əsasında qeyri-hökumət təşkilatı olan müştərilərin əməliyyatlarını öncədən araşdırmaq və icrası ilə bağlı rəy bildirmək.
- Nağdsız hesablaşmalarla bağlı Azərbaycan Respublikası qanununun tələblərinin icrasına nəzarət etmək, əməliyyatlarla bağlı aktları yoxlamaq, reyestrini aparmaq və əməliyyatlar üzrə öncədən rəy bildirmək.
- Müştəri Xidmətləri strukturlarının müraciətləri əsasında banka hesab açılması üçün müraciət etmiş hüquqi şəxslərlə bağlı ƏL/TMM üzrə araşdırma aparmaq və rəy bildirmək.
- Sanksiya tətbiqləri barədə yenilikləri izləyərək müştərilər və müxbir əlaqələr qurulması ehtimalı olan banklarla bağlı araşdırmalar aparmaq və rəy bildirmək.
- ƏL/TMM sahəsi üzrə Müştəri Xidmətləri strukturlarından daxil olmuş sorğuları cavablandırmaq, əməliyyatlar üzrə rəy bildirmək və metodoloji dəstək göstərmək.
- Aylıq olaraq Mərkəzi Banka QHT müştərilərin əməliyyatları üzrə hesabat təqdim etmək.
- Müxbir banklardan daxil olmuş ƏL/TMM sorğularının cavablandırılması üzrə işləri icra etmək.
- Bankın ƏL/TMM üzrə daxili qaydalarının tələblərinə əsasən əməliyyatların gündəlik monitorinqini aparmaq, cari və şübhəli əməliyyatlar barədə müvafiq məsul şəxsi məlumatlandırmaq və müvafiq hesabatları hazırlayaraq Maliyyə Monitorinq Xidmətinə təqdim etmək.
- ƏL/TMM sahəsində fəaliyyət üzrə əməkdaşlara ən azı 2 ildə bir dəfə təlimlərin keçirilməsində iştirak etmək.
- ƏL/TMM sahəsində əməkdaşların bank daxili qaydalara uyğunluğu barəsində rəhbərliyi məlumatlandırmaq və müvafiq tapşırıqları yerinə yetirmək.
- Bank tərəfindən istifadəyə verilmiş proqram alətlərinin istifadəsi və təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmək.
- Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə əməl etmə Aktı (FATCA) və Ümumi Hesabatlılıq Standartının (CRS) tələblərini yerinə yetirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi.
- İstirahət günləri: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Komplayns üzrə mütəxəssis” olaraq göstərməyiniz xahiş olunur.
What's Your Reaction?